Merlərin Razılaşması, təşəbbüsə qoşulmaq və yerli iqlim və enerji tədbirlərinin sürətlə davam etdirilməsinə kömək etmək istəyən bütün idarəetmə səviyyələrini, eləcə də müvafiq dəstəkləyən təşkilatları, qurumları və birlikləri alqışlayır. Qoşulmaq qaydası haqqında daha ətraflı məlumat aşağıda verilir.
Razılaşmanı Dəstəkləyən, Merlərin Razılaşması məqsədlərinə nail olmaq üçün Merlərin Razılaşmasını təşviq etmək və onların üzvlərini və/ və ya yerli hakimiyyət orqanlarını dəstəkləmək imkanı olan qeyri-kommersiya təşkilatları (yerli və regional hakimiyyət orqanları, şəbəkələr, yerli və regional enerji agentlikləri...) kimi müəyyən edilir.
Onlar öz ərazilərində və ixtisas sahələrində (məs. enerji, ətraf mühit, su, hava) və müxtəlif idarəetmə səviyyələrində (məs., Avropa, milli, regional və ya yerli) Merlərin Razılaşması təşəbbüsünü təşviq etmək və müvafiq imzalayan tərəfləri dəstəkləmək üçün fəaliyyət göstərirlər. Razılaşmanı Dəstəkləyənlər işlədikləri normativ, hüquqi və maliyyə çərçivəsində - yerli, regional və ya Avropa səviyyəsində- malik olduqları ekspert bilikləri ilə razılaşmanı imzalayanlara xüsusi məsləhət vermək və mövcud təşəbbüslərlə sinerji müəyyən etmək üçün ideal vasitədirlər.
Kim iştirak edə bilər
Yerli və Regional hakimiyyət orqanları birlikləri, Avropa federasiyaları, yerli və regional tematik agentliklər (enerji/ətraf mühit) Razılaşmanı Dəstəkləyən kimi qoşula bilərlər.
Əlavə məlumat üçün Razılaşmanı Dəstəkləyənlərin Dəstək Xidməti ilə əlaqə saxlayın: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tərəfdarların siyahısıNiyə qoşulmalısınız
Razılaşmanı Dəstəkləyən olmağının bir çox üstünlükləri var:
Necə qoşulmalısınız
Razılaşmanı Dəstəkləyən statusunu almaqda maraqlı olan Yerli hakimiyyət orqanları birlikləri, Şəbəkələr, Agentliklər aşağıdakı mərhələlərdən keçməlidirlər:
N.B. Layihədən-layihəyə mandatı olan və əsasən özəl olaraq maliyyələşdirilən qeyri-kommersiya təşkilatları istisna olmaqla, bir çox agentliklər və onların şəbəkələri Razılaşmanı dəstəkləyən ola bilər və öhdəliyi imzalamaq və Merlərin Razılaşması Təşəbbüsünün fəal dəstəkləyəni olmaq üçün onlara kömək ediləcək. Lakin qərar hər bir konkret haldan asılı olaraq verilir və qoşulma şərtlərinə uyğunluq dəstək xidməti vasitəsilə yoxlanıla bilər.
Addım 1
Qeydiyyat formasını doldurun
Addım 2
Qoşulma şərtlərinə uyğunluğun təsdiqlənməsindən sonra, Merlərin Razılaşması Ofisi tərəfindən göndərilən Öhdəlik Bəyannaməsini doldurun və imzalayın.
Addım 3
Müvafiq qaydada doldurulmuş və imzalanmış Öhdəlik Bəyannaməsini aldıqdan sonra Merlərin Razılaşması Ofisi qurumunuzun təşkilati profilini yaradacaq. Bu Sizə Merlərin Razılaşması dairəsində fəal iştirak etmək imkanı verəcək və müvafiq imzalayn tərəflərinizi daha yaxşı dəstəkləməyə kömək edəcəkdir.
Nə vaxt qoşulmaq
Razılaşmanı Dəstəkləyənlər İqlim və Enerji üzrə Merlərin Razılaşmasına istənilən vaxt qoşula bilərlər.