EU Neighbours: Aİ-nin Şərq Tərəfdaşlığı üzrə ilk Dayanıqlı Enerji Mükafatı 2019 – ərizə qəbuluna başlandı!
EU Neighbours: Aİ-nin Şərq Tərəfdaşlığı üzrə ilk Dayanıqlı Enerji Mükafatı 2019 – ərizə qəbuluna başlandı!
2019-04-26

"Aİ-nin Şərq Tərəfdaşlığı üzrə Dayanıqlı Enerji Mükafatı", "Avropa İttifaqı Dayanıqlı Enerji Həftəsi 2019" (EUSEW) çərçivəsində təqdim edilir və ilk dəfə olaraq Şərq Tərəfaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) bu mükafatı ala biləcək. Sözügedən mükafat, vətəndaşlara və icmalara enerjiyə qənaət etməkdə və ya dayanıqlı enerji mənbələrinə keçməkdə kömək etmək məqsədi daşıyan və Aİ-tərəfindən maliyyələşdirilən enerjinin səmərəliliyi və bərpa olunan enerji sahələri üzrə ilhamlandırıcı layihələri qiymətləndirir.

Kimlər müraciət edə bilər?

Şərq Tərəfdaşlığı ölkələrindən biri və ya bir neçəsini təmsil edən vətəndaşlar, müəssisələr, dövlət qurumları, yerli icra orqanları, vətəndaş cəmiyyəti təşkilatları və gənclər təşkilatları mükafatı almaq üçün namizədliklərini irəli sürə bilərlər. Əsas tələb namizədlərin enerjinin səmərəliliyi və bərpa olunan enerji sahələri üzrə layihələrinin istər birbaşa, istərsə də dolayı yolla, yəni tərəfdaş təşkilat vasitəsilə Aİ tərəfindən maliyyələşdirilməsidir.

 

Necə müraciət etməli?

Seçim kriteriyalarına uyğun ərizəçilər 2019-cu il 26 aprel 23:00-a (GMT) qədər onlayn ərizə formasını elektron qaydada dolduraraq daxil etməlidirlər.

Mükafat nədir?

Münsiflər heyəti tərəfindən seçilmiş altı finalçı 2019-cu il 18-20 iyun tarixlərində Brüsseldə keçiriləcək "EUSEW2019" mükafatlandırma mərasimində və müvafiq "EUSEW" tədbirlərində iştirak etmək imkanı qazanacaqlar. Əsas qalibin adı Brüsseldə baş tutacaq "EUSEW2019" mükafatlandırma mərasimində açıqlanacaq və ona maksimum 1000 avro dəyərində mükafat təqdim olunacaq.

Ətraflı məlumat üçün: www.eapenergyawards.eu

Bültenimize abunə olun